Qurban Qurbanov liderliyi qoruyur

XƏBƏR 13 Sentyabr 2009 / 13:23 1734
-  A +

Qol.Az saytı «Azərbaycan millisini kim çalışdırsın?» aldı internet-sorğunu davam etdirir. Sorğu başlayan gündən «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov liderliyi saxlamaqdadır. Onun ən yaxın təqibçiləri isə Berti Foqts, Ağasəlim Mircavadov və Coko Haciyevskidir. Bu gün saat 13.20-ə olan nəticələr belədir:

Qurban Qurbanov   163 səs (35.7%)
Berti Foqts   76 səs (16.6%)
Ağasəlim Mircavadov   72 səs (15.7%)
Coko Haciyevski   69 səs (15.1%)
Əhməd Ələsgərov   22 səs (4.82%)
İqor Ponomaryov   16 səs (3.50%)
Vaqif Sadıqov   15 səs (3.28%)
Şahin Diniyev   10 səs (2.19%)
Karlos Alberto Torres   7 səs (1.53%)
Əsgər Abdullayev   6 səs (1.31%)

Qol.Az saytı bildirir ki, internet sorğusunda sosioloji parametrləri gözləmək mümkün olmadığından və bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq üçün tətbiq edilən texniki məhdudiyyətlər şərti xarakter daşıdığından bu tipli sorğuların nəticələri həqiqi ictimai rəylə üst-üstə düşməyə bilər.


Son xəbərlər