Yunis Hüseynov: "Yubiley oyunumu qələbəylə qeyd etmək istəyirdim"

Yunis Hüseynov: "Yubiley oyunumu qələbəylə qeyd etmək istəyirdim"
XƏBƏR 12 Sentyabr 2009 / 22:48 1563
-  A +

"Bu matça çox ciddi hazırlaşmışdıq. İlk iki turda məğlub olduğumuza görə, qələbə bizim üçün önəmli idi. Digər tərəfdən isə bu gün "Karvan"ın baş məşqçisi kimi 150-ci oyunuma çıxırdım. Yubiley oyunumu qələbəylə qeyd etməyi çox istəyirdim. Uşaqlara təşəkkür edirəm. Bu cür gözəl oyun sərgilədilər. Verdiyim tapşırıqların öhdəsindən layiqincə gəldilər". Bu sözləri "Qəbələ"ylə oyunsonrası mətbuat konfransında Yevlaxın "Karvan" klubunun baş məşqçisi Yunis Hüseynov bildirib. Baş məşqçi indi bütün fikirlərini növbəti oyunlara yönəldəcəklərini deyib. "Qələbə seriyasını davam etdirməyə çalışacağıq".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord