Coko Haciyevski: “Simurq” bizə oynamaq imkanı vermədi”

Coko Haciyevski: “Simurq” bizə oynamaq imkanı vermədi”
ÖLKƏ FUTBOLU 12 Sentyabr 2009 / 20:23 2165
-  A +

“Nə deyə bilərəm? Məğlubiyyət bizim üçün gözlənilməz oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis məğlubiyyətin səbəbini belə izah edib: “Məğlub olmağımızın da səbəbləri var. Birincisi, komanda “Bazel”lə məğlubiyyətin şokunu tam olaraq üzərindən ata bilməyib. Həm də ki, itkilərimiz var idi. Barbosa, Borets, Mahmud, Adamiya kimi oyunçulardan məhrum idik. İstədiyimiz oyunu göstərə bilmədik. “Simurq”un yaxşı müdafiə xətti var. Taktiki cəhətdən yaxşı oynadılar. Tez-tez cərimələrə yol verərək, bizə oynamaq imkanı vermədilər. İlk hissədə hesabı açmağa daha yaxın idik. Qapımızda qol gördükdən sonra tezliklə hesabı bərabərləşdirməyi bacardıq. Amma təəssüf ki, ikinci topu vura bilmədik. Əvəzində qapımızda qol gördük. Fərqlənmək üçün imkanımız da oldu. Amma ikinci qoldan sonra artıq psixoloji cəhətdən tam olaraq oynaya bilmədik”.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı