Coko Haciyevski: “Heyətimizdə bu qədər itkinin olması məni narahat etməyə bilməz”

Coko Haciyevski: “Heyətimizdə bu qədər itkinin olması məni narahat etməyə bilməz”
XƏBƏR 12 Sentyabr 2009 / 14:34 1845
-  A +

“Simurq” heç zəif komanda deyil. Komandanın iki tura cəmi bir xal toplaması hələ heç nə demək deyil. Bilirəm ki, onlar da Bakıya qələbə qazanmaq üçün gəliblər. Amma bu gün bizim 3 xala daha çox ehtiyacımız var”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Premyer Liqanın dördüncü turu çərçivəsində “Simurq”la qarşılaşacaq “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis heyətdəki itkilərdən şikayələnib: “Bildiyiniz kimi, heyətimizdə dörd itki var. Barbosa və Mahmud Qurbanov zədəli olduqlarına görə, son günlər məşqlərdən kənar qalıblar. Rafael Əmirbəyovla Georgi Admiya isə qripə yoluxub. Başa düşə bilmirəm ki, çempionat öncəsi 4 futbolçu eyni vaxtda necə sırdana çıxdı? Təbii ki, heyətimizdə bu qədər itkinin olması məni narahat etməyəm bilməz. Buna baxmayaraq, heyətimizdə kifayət qədər oyunçu var. İnanıram ki, onlar komanda yoldaşlarının yoxluğunu hiss etdirməyəcəklər”.

Haciyevski bu gün matçda 3 xal qazanmağın vacibliyindən də danışıb: “Çempionata qələbəylə başlamalıyıq. Başqa çıxış yolumuz yoxdur. “Bazel”lə məğlubiyyətdən sonra korlanan ab-havanı az da olsa, düzəltməliyik. Həm də təqvimə görə ardıcıl 4-5 oyun güclü rəqiblərə qarşı oynayacağıq. Ona görə də indiki halda qələbəylə start götürmək çox önəmlidir”.      

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı