Kifayət Qasımova: "Mən yalnız bir futbolçu tanıyıram"

Kifayət Qasımova: "Mən yalnız bir futbolçu tanıyıram"
XƏBƏR 4 Sentyabr 2009 / 14:00 3515
-  A +

“Cüdodan başqa ciddi şəkildə maraqlandığım idman növü yoxdur. Futbola aradabir baxıram. Öz futbolçularımızdan kimi tanıyıram? Səmimi desəm, heç kimi. Tanıdığım yeganə azərbaycanlı futbolçu Rəşad Sadıqovdur. Onun dostları bizimlə bir yerdə məşq edirlər. Görünür bu da futbolçularımızın böyük uğurlar qazana bilməməsindən irəli gəlir. Hər halda, yaxşı nəticələr qazansalar, lap çox tanıyaram”. Qol.Az-ın məlumatına görə, bu sözləri son dünya çempionatının bürünc mükafatçısı Kifayət Qasımova deyib. O, sabah keçiriləcək Azərbaycan–Finlandiya matçında da komandamıza uğurlar arzulayıb: “Hər halda millimizə uğurlar arzulayıram. İnşallah bizimkilər qalib gələrlər”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi