U-15 “Fənərbaxça”nın bazasında hazırlığını davam etdirir (FOTOSESSİYA)

XƏBƏR 4 Sentyabr 2009 / 13:08 2292
-  A +

AFFA ilə Türkiyənin «Fənərbaxça» klubu arasında mövcud olan əməkdaşlıq çərçivəsində «Akademiya» (U-15) komandası iyulun 14-dən etibarən İstanbul təmsilçisinin bazasında hazırlıq keçir.  Türkiyəyə Təbriz Həsənovun rəhbərliyi ilə yollanan futbolçularımızın məşq prosesinə «Fənərbaxça»da çalışan təcrübəli mütəxəssislər – İrfan Sararoğlu və Tolqa Şambay rəhbərlik edir. «Akademiya»nın üzvləri İstanbul klubunun Dərəağzı bazasında hazırlaşır. Futbolçularımız üçün xüsusi məşq proqramı tərtib olunub. Buraya fiziki, texniki, taktiki hazırlıqla yanaşı, boş vaxtın səmərəli keçirilməsi ilə bağlı xüsusi planlar da daxildir. «Akademiya» həftədə 2 dəfə 2 məşq, digər günlər isə 1 məşq keçir. Fiziki hazırlığın yüksəldiməsi məqsədilə dəniz kənarında məşqlər təşkil olunur. Məşqçilərin planına uyğun olaraq, müvafiq vaxtlarda futbolçular güclərini ikitərəfli oyunda sınayır. Mütəmadi şəkildə videogörüntülərlə mxüşayiət olunan nəzəri məşğələlər keçirilir. Futbolçularımızın süxrət, çeviklik, dözümlülük, koordinasiya və s. bacarığını yoxlamaq üçün Mərmərə Universitetinin müəllimləri tərəfindən test götürülür. «Akademiya»nın üzvləri İstanbulun «Acıbadem» xəstəxanasında vaxtaşırı olaraq tibbi müayinədən keçir. Futbolçularımız «Fənərbaxça» klubunun məşq və nümayiş forması ilə təmin olunub.

Boş vaxtın səmərəli keçirilməsi üçün futbolçular arasında dama yarışı təşkil edilib. Komandanın üzvləri İstanbulun tarixi yerlərinə ekskursiyaya gedir, həftədə bir dəfə kinoteatrda film seyr edirlər. Bundan əlavə, «Fənərbaxça»nın bütün ev oyunlarını stadionda izləmək üçün «Akademiya»nın üzvlərinə şərait yaradılır.

 










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord