İqor Ponomaryov: “Azərbaycanlı hücumçularda qətiyyət çatmır”

İqor Ponomaryov: “Azərbaycanlı hücumçularda qətiyyət çatmır”
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2009 / 12:50 2356
-  A +

“Finlandiya Avropanın orta səviyyəli futbol ölkələrindən sayılır. İstər milli komanda, istərsə də klub səviyyəsində böyük uğurları yoxdur. Orada qadın futbolu yaxşı inkişaf edib. Bu mənada, düşünürəm ki, rəqibi məğlub etmək şansımız var. Sadəcə, bunun üçün futbolçularımızda əzmkarlıq lazımdır. Gərək heç nədən qorxmayalar, çəkinməyələr. İlk növbədə aqressiv oynamaq lazımdır”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “Xəzər Lənkəran”ın vitse-prezidenti İqor Ponomaryov deyib. Milli komandamızın sabiq baş məşqçisi qarşılaşmanın Lənkəranda keçirilməsini də müsbət addım sayıb: “Oyunun Lənkəranda keçirilməsi çox yaxşı haldır. Çünki burada futbolu çox sevirlər. “Xəzər Lənkəran”ın oyunları zamanı bunu aşkar görmək olar. İnanıram ki, lənkəranlı azarkeşlər milli komandanı da layiqincə dəstəkləyəcəklər”. Ötənlərin məhşur futbolçusu milli komandamızın cari mərhələdə hələ də qol vura bilməməsini isə bu cür izah edib: “Bilirsiniz, milli komanda niyə qol vura bilmir? Çünki hücumçularda qətiyyət çatmır. Almaniya ilə oyunu hamı gördü, Vaqif Cavadov hər şeyi edirdi. Mübarizə aparırdı, müdafiəçilərdən sıyrılırdı, amma son nöqtəni qoya bilmirdi. Çünki həmin anda qətiyyətli olmaq lazımdır”.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın