Finlandiyalı jurnalist Azərbaycanın mətbəxinə heyran oldu

XƏBƏR 4 Sentyabr 2009 / 11:54 1877
-  A +

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lənkəranda keçiriləcək Azərbaycan-Finlandiya matçını izləmək üçün bir qrup fin jurnalist də ölkəmiz təşrif buyurub. Qol.Az-ın Finlandiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar ölkəmizi çox bəyəniblər. Xüsusilə buradakı qonaqpərvərlik Finlandiya radiosunun əməkdaşının ürəyincə olub. 2007-ci ildə də ölkəmizdə olan Sami adlı jurnalist Bakının müasir şəhər olduğunu qeyd edib. O, eyni zamanda Azərbaycan mətbəxini də çox bəyəndiyini bildirib. Sami ölkəmizə ilk dəfə gələn fin jurnalistlərə bələdçilik etdiyini də etiraf edib və bundan mənmunluğunu dilə gətirib: "Azərbaycanın mətbəxi əladır. Yeməklər yağlı olsa da, çox dadlıdır. Ölkə və insanları da mehribandır. Mən 2007-də keçirilən oyunda da bu ölkədə olmuşdum. Bu mənada peşə borcumu yerinə yetirməklə yanaşı həm də həmkarlarıma bələdçilik edəcəm".


Son xəbərlər