"Qarabağ" haqda kitab hazırlayan hollandiyalı jurnalist: “Ermənilər bizi Ağdama buraxmadılar”

ÖLKƏ FUTBOLU 3 Sentyabr 2009 / 21:03 2231
-  A +

Hollandiyalı jurnalist Artur Huizinga “Qarabağ” klubu haqda kitab yazır. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində hollandiyalı jurnalistin özü məlumat verib: “Mən ilk dəfə 2006-cı ildə Azərbaycana gəlmişəm. Burada olduğum müddətdə “Qarabağ” komandası mənim diqqətimi çəkdi. Sonradan bu klub haqda geniş məlumat topladım. Öyrəndim ki, “Qarabağ” dünyada analoqu olmayan klubdur. Çünki başqa heç bir yerdə ərazisi işğal olunan, amma buna baxmayaraq, özü hələ də mövcud olan klub tapa bilməzsiniz. Mən Ermənistanda da olmuşam. Eləcə də Azərbaycanın işğal olunmuş ərazilərini də gəzmişəm. Hətta bir dəfə ermənilər bizi Ağdama buraxmadılar”.
Huizinga onu da bildirdi ki, artıq vətənində “Qarabağ” haqda bir neçə məqaləsi dərc olunub: “Mən bu günə qədər “Qarabağ” haqda bir neçə məqalə hazırlamışam ki, onların da hamısı Hollandiyada dərc olunub. İndi isə kitab yazıram. 2010-cu ilin mayına qədər bu kitab hazır olacaq. Kitabımda təkcə “Qarabağ” klubuna deyil, eyni zamanda Azərbaycanın yaralı yeri olan Qarabağ probleminə də geniş yer ayıracağam”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord