“Neftçi” bəyanat yaydı

“Neftçi” bəyanat yaydı
XƏBƏR 3 Sentyabr 2009 / 18:20 1991
-  A +

“Neftçi” klubu bəyanat yayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi internet saytında yer alan bəyanatda ölkə mətbuatında İranın “Maşinsazi” klubunun “ağ-qaralar”la yoxlama oyunu keçirməkdən imtina etməsi barədə yayılan məlumatlar təkzib olunub: “Neftçi” PFK olaraq bildiririk ki, soydaşlarımızı Bakıda görməkdən çox şad olardıq, amma “Maşinsazi” klubunun sözügedən səfəri ilə bizim heç bir əlaqəmiz yoxdur. Sadəcə bu səfəri təşkil etmək niyyəti olan qonşularımız yaxınlarda klubumuzun rəhbərliyi ilə əlaqə saxlayaraq, səfər çərçivəsində Azərbaycanın ən nüfuzlu klubu kimi “Neftçi” ilə yoldaşlıq oyunu keçirmək niyyətlərini bildiriblər. Təbii ki, klubumuz da razılığını bildirib. Lakin bundan bir neçə gün sonra həmin şəxs yenidən əlaqə saxlayaraq, müəyyən səbəbdən səfərin baş tutmayacağını bildirib”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord