Rəşad Sadıqov: «Qarabağ» Azərbaycan futbolunun sabahıdır»

Rəşad Sadıqov: «Qarabağ» Azərbaycan futbolunun sabahıdır»
XƏBƏR 3 Sentyabr 2009 / 17:23 2105
-  A +

«Hazırda zədəmi sağaltmaqla məşğulam. Tezliklə, yaşıl sahələrə dönməyi gözləyirəm». Qol.Az-ın «Qarabağ»ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri zədəsi səbəbindən futboldan aralı düşən milli komandamızın kapitanı Rəşad Sadıqov söyləyib. «Tvente»ylə oyunlarda kənarda qalmağına görə üzüldüyünü deyən R.Sadıqov artıq irəli baxmağın zəruriliyini vurğulayıb: «Millidə olmasam da, inanıram ki, uğur qazanacağıq. O ki qaldı çempionata, bu il gərgin yarış olacaq. «Bakı», «Neftçi», «İnter», «Xəzər Lənkəran» bahalı transferlər reallaşdırıblar. Heyətləri yetərincə güclüdür. Hər halda çempionluğa ən real namizəddirlər. Təbii ki, «Qarabağ» onlara layiqli müqavimət göstərməyə çalışacaq. Bizim gənc, amma perspektivli heyətimiz var. «Qarabağ» Azərbaycan futbolunun sabahıdır. Avroliqadakı çıxışdan sonra özünəinam artıb. İnşallah, bu özünəinam çempionatın sonuna qədər davam edər».

 

 

Daha çox


Son xəbərlər