Gəncədə daha bir meydança istifadəyə veriləcək

XƏBƏR 3 Sentyabr 2009 / 14:59 2072
-  A +

Gəncədə yeni, süni örtüklü mini futbol meydançası salınıb. Qol.Az-ın Gəncə müxbirinin verdiyi məlumata görə, meydançanın salınmasında təşəbbüskar yerli İcra Hakimiyyəti olsa da, stadionu qazonla AFFA təmin edib. Artıq dünən assosiasiyanın mütəxəsisləri özləri ilə paytaxtdan gətirdikləri süni örtüyü meydanda quraşdırıblar.
Meydança şəhərin “Yeni Gəncə” adlanan yaşayış massivində salınıb. Stadionun gələn həftəyə planlaşdırılan açılış mərasimidə AFFA nümayəndələri də iştirak edəcəyi gözlənilir. Meydançanın 3 məşq bölməsinin yaradılması da planlaşdırılıb. Xatırladaq ki, bu, federasiyanın son 1 ildə Gəncədə saldığı sayca ikinci, ümumilikdə isə üçüncü süni örtüklü meydançadır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı