“Bakı”da Felipe Almeydaların sayı ikiyə çatdı

XƏBƏR 3 Sentyabr 2009 / 12:05 2147
-  A +

“Bakı”dakı Felipe Almeydaların sayı artıb. Qol.Az-ın məlumatına görə, “zolaqlılar”ın dünənki məşqində komandanın hücumçusu Felipe Almeyda Felikslə yanaşı, onun kiçik qardaşı Fabio Felipe Almeyda da iştirak edib. Lakin qardaşından fərqli olaraq, kiçik Felipe komandayla birgə deyil, ayrıca, fərdi şəkildə məşq edib. Fabio Felipe Almeyda qısa olaraq özü haqda danışıb: “Mən Feliksin kiçik qardaşıyam. Lakin ondan fərqli olaraq, peşəkar futbolçu deyiləm. Düzdür, əksər braziliyalılar kimi mən də kiçik yaşlarımda futbol oynamışam. Amma sonradan gördüm ki, futbol mənlik deyil. Bura qardaşımı görmək üçün gəlmişəm. Artıq bir həftədir ki, Bakıdayam. Şəhəriniz çox xoşuma gəldi. Azərbaycanda futbola, eləcə də qardaşım Feliksə böyük maraq olduğuna şahid oldum. Burada gördüklərim haqda vətənimdə danışacağam”.    


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki