Cəmşid Məhərrəmov: “Millinin düşərgəsinə gələndə zədəliydim”

Cəmşid Məhərrəmov: “Millinin düşərgəsinə gələndə zədəliydim”
XƏBƏR 3 Sentyabr 2009 / 11:30 2005
-  A +

“Həqiqətəndə hazırda zədəliyəm. “Bazel”lə oyunda xəsarət almışdım. Ayağımda içində əzələ dartılıb. Millinin düşərgəsinə gələrkən zədəli olduğum məlum idi. Bununla belə ümidliydim. Qarşıdakı oyunlarda milli komandamıza kömək etmək istəyirdim. Amma həkim müayinəsindən keçdikdən sonra məlum oldu ki, qarşıdakı oyunlarda milliyə kömək etməyim qeyri-mümkündür”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın və “Bakı”nın üzvü Cəmşid Məhərrəmov deyib. Gənc futbolçu tezliklə meydana qayıdacağını bildirdi: “Hazırda elə yoldayam, Bakıya qayıdıram. Həkim müayinəsindən keçəcəyəm. Yəqin ki, bir neçə gün müalicə alsam, bəs edər. Hardasa 5-6 günə məşqlərə başlaya bilərəm”. 

 


Son xəbərlər