Ramalla Eminin adı “Standard”ın iştirak ərizəsinə niyə salınmayıb?

Ramalla Eminin adı “Standard”ın iştirak ərizəsinə niyə salınmayıb?
XƏBƏR 2 Sentyabr 2009 / 18:42 2047
-  A +

Transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış daha 5 futbolçu ilə güclənən Sumqayıtın “Standard” klubu onlardan yalnız üçünün adını iştirak ərizəsinə daxil edib. Bunlar livan əsilli Almaniya vətəndaşı El Zeyn Ömər, Zaur Ramazanov və moldovalı Eduard Qrosdur. Maraqlıdır ki, Peşəkar Futbol Liqasının saytında göstərilən Sumqayıt klubunun iştirak ərizəsində Ramal Hüseynovla Emin Quliyevin adları yoxdur. Qol.Az-a açıqlamasında PFIL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələyə belə aydınlıq gətirdi: “Eminin transfer vərəqəsi “Xəzər-Lənkəran”dan, Ramalınkı isə, “Kocaelispor”dan gəlməyib. PFL isə rəsmi qurum olduğundan onların adlarını siyahıya sala bilmərik”.  

 


Son xəbərlər