Telman İsmayılovdan Fatih Təkkəyə 2 milyon avro

Telman İsmayılovdan Fatih Təkkəyə 2 milyon avro
DÜNYA FUTBOLU 2 Sentyabr 2009 / 17:23 2994
-  A +

Türkiyə milli komandasının hücumçusu Fatih Təkkə sabiq klubu “Trabzonspor”a dönmək istəsə də “Zenit” rəhbərliyi buna icazə verməyib. Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Zenit” təmsilçiləri Təkkəni ən tezi yanvarda Qaradəniz təmsilçisinə verə biləcəyini deyiblər.

Məsələnin Azərbaycanla bağlı da tərəfi olub. Belə ki, “Trabzospor” klubu məsələyə Türkiyədə yaşayan azərbaycanlı bir iş adamını da qoşubmuş. Lakin Bodrumda yaşayan və turizm məşğul olan həmyerlimizin 2 milyon avroluq dəstəyi də Fatihin Trabzona getməsinə kömək olmayıb. Son məlumata görə, həmin iş adamı azərbaycanlı biznesmen Telman İsmayılov olub.

Ruslar əvvəl Fatihə 4 milyon avro qiymət qoyub, sonradan isə 3,5 milyona endirib. Məsələyə Türkiyədə idman sahəsinə məsul olan dövlət naziri Farık Özakın müdaxilə etməsi də rusların qiymət endirməsinə razı salmayıb. Bundan sonra isə adı açıqlanmayan azərbaycanlı iş adamı Fatih Təkkəyə görə 2 milyon avroya ödəməyi qəbul edib. Lakin ruslar bu təklifi də qəbul etməyib. Onlar artıq transferin bitdiyini, türk futbolçunu sərfəli mövsümdə satacaqlarını bildirib.

 

Mənbə: lent.az


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı