Çingiz İsmayılov: “Berti Foqtsu günü bu gün qovmaq lazımdır”

Çingiz İsmayılov: “Berti Foqtsu günü bu gün qovmaq lazımdır”
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2009 / 17:14 2381
-  A +

“Hər bir azərbaycanlı kimi mən də milli komandamızın növbəti oyunlarda qələbə qazanmasını arzulayıram. Çox istərdim ki, nəhayət, Finlandiyayla oyunda komandamız qələbə qazansın”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar haqda danışarkən veteran futbolçu, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov deyib. О, millimizin baş məşqçisi Berti Foqts haqda da fikirlərini bölüşüb: “Əvvəllər heç olmasa, millimiz hər seçmə мərhələdə bir oyunda qələbə qazanırdı. Lakin bu dəfə hələ nəinki qələbəyə, heç qol vurmağa belə müvəffəq olmamışıq. Amma inanıram ki, bu dəfə sevinəcəyik. Həm də bu, bizim axırıncı şansımızdır. Bu oyunda da qələbə qazana bilməsək, daha kimi udacağıq? O ki qaldı baş məşqçiyə, Berti Foqtsu günü bu gün qovmaq lazımdır və qovmaq olar da. Amma onu indi qovsaq, gərək, kompensasiyanı qəpiyinəcən ödəyək. Ona görə də mən hesab edirəm ki, cari seçmə mərhələ başa çatan kimi Foqtsu işindən uzaqlaşdıracaqlar. Ondansa yerli məşqçinin işləməyi daha məqsədəuyğundur. Məgər millimizin Portuqaliya, İsveçrə, Serbiya və  Slovakiya ilə uğur qazandığımız oyunlarda əcnəbi baş məşqçi var idi?”
Çingiz İsmayılov sonda “Qarabağ”ın avrokuboklardakı çıxışına da toxunub: “Qarabağ”ı gördünüz? Nə elədilərsə, yerli uşaqların hesabına etdilər. Komandanın üzvləri yerli oyunçular idi və məhz onların möhtəşəm çıxışları sayəsində komanda Avropada adından söz etdirdi. Uşaqlar meydanda bütün güclərini, bacarıqlarını qoydular. Son oyunda “Tvente”yə qalib gələ bilməsələr də, kişi kimi oynadılar”.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord