Ballak millimizlə oyunu buraxa bilər

Ballak millimizlə oyunu buraxa bilər
XƏBƏR 2 Sentyabr 2009 / 16:00 1597
-  A +

“Çelsi”nin yarımmüdafiəçisi Mixael Ballak millimizlə sentyabrın 9-da Almaniyada keçiriləcək təkrar qarşılaşmda meydana çıxmaya bilər. Qol.Az-ın məlumatına görə, bu haqda informasiyanı Almaniya mətbuatına açıqlamasında komandanın baş həkimi deyib. Səbəb millinin kapitanının “Çelsi”nin son məqşlərinin birində zədələnməsi olub. Hazırda həkimlər Ballakın müalicəsi ilə məşğuldurlar. Amma ağrılar bir neçə günə azalmasa, Almaniya millisi Azərbaycanla qarşılaşmaya Ballaksız çıxmalı olacaq.

 


Son xəbərlər