Löv millimizlə oyunöncəsi “Verder” və “Bayer”li həmkarlarından kömək istədi

XƏBƏR 2 Sentyabr 2009 / 12:32 1743
-  A +

Bolqarıstan mətbuatı Almaniya milli komandasının baş məşqçisi Yoaxim Lövlə bağlı maraqlı informasiya yayıb. Qol.Az-ın məlumata görə, gənc mütəxəssis komandamızla oyun öncəsi çox qayğılıdır. Səbəb millimizlə ilk oyundan sonra jurnalistlər tərəfindən Lövə yönələn tənqidlərdir. Alman jurnalistlər Bakıdakı oyunda almanların və onun lideri Mixael Ballakın zəif təsir bağışlamasını birbaşa baş məşqçinin günahı kimi dəyərləndiriblər. Hətta iş o yerə çatıb ki, təkrar qarşılaşma öncəsi Löv artıq “Verder”dən olan həmkarı Tomas Şaafla və “Bayer”in baş məşqçisi Yup Xaynkeslə məsləhətləşməli olub. Bolqarıstanlı həmkarlarımızın verdiyi məlumata inansaq, söhbət zamanı  Almaniya millisinin baş məşqçisi klub məşqçilərindən kömək istəyib. Şaafla Xaynkes isə Lövə heyəti düzgün tərtib etmədiyini və bəzi dəyişikliklərə əl atmalı olduğunu deyiblər. “Verder”in baş məşqçisi konkret olaraq Tim Vizenin Azərbaycanla oyunda əsas heyətdə dayanmalı olduğunu bildirib. Bremen klubunun çalışdırıcısı Rusiya ilə Moskvadakı qarşılaşmada da ən etibarlı “çərçivə qoruyucusu” kim öz yetirməsini məsləhət görüb. Xaynkes isə öz yetirməsi Kislinqin mütləq milliyə çağrılmaılı olduğunu bildirib. Söhbət zamanı Lukas Podolskinin də Bundestimə dəvət olunması məsələsi müzakirə olunub. Löv isə bu görüşlə bağlı verdiyi açıqlamasında tənqidçilərdən bezdiyini deyib: “Azərbaycanla oyundan sonra hamı bizi tənqid edir. Tənqidçilər belə düşünür ki, bu oyunla biz Moskvada Rusiyaya məğlub olmaqla dünya çempionatına onların birbaşa gedişini təmin edəcəyik. Açığı şəxsən mən, bu tip tənqidlərdən bezmişəm”.

 


Son xəbərlər