«Vaxt gələcək, bu komanda böyük uğurlar qazanacaq»

XƏBƏR 1 Sentyabr 2009 / 18:03 2012
-  A +

«Qarabağ» mənim üçün yad komanda deyil. Düzdü, futbolçu kimi tanınmağımda «Şahdağ»ın böyük rolu olub. Amma «Qarabağ»da artıq futbolun məsuliyyətini anlamağa başladım». Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK-dən «Qarabağ»a qayıdan gənclərdən ibarət Azərbaycan millisinin üzvü Nodar Məmmədov söyləyib. «Qarabağ»da gənclərə böyük əhəmiyyət verildiyini deyən N.Məmmədov «vaxt gələcək, bu komanda böyük uğurlar qazanacaq» söyləyib: «Elə arxada qalan avrokuboklar da göstərdi ki, «Qarabağ» düzgün yoldadı. Belə bir komandada oynamaq əlavə bir inam yaradır. İnşallah, «Qarabağ»da yenidən forma geyinəcəyim günü səbirsizliklə gözləyirəm».

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı