Yuri Panfilovun səlahiyyətləri artdı, məsuliyyəti çoxaldı

XƏBƏR 1 Sentyabr 2009 / 17:12 2124
-  A +

“Xəzər Lənkəran” Futbol Klubunun əvəzedici və uşaq-yeniyetmə futbolçulardan ibarət komandalarında bəzi struktur və məşqçi dəyişiklikləri baş verib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi ukraynalı mütəxəssis Yuri Panfilovun qısa zaman kəsiyində uşaq və yeniyetmələrdən ibarət komandalarda göstərdiyi fəaliyyəti uğurlu sayaraq, əvəzedici komandaya ümumi nəzarəti də ona tapşırmaq qərarına gəlib. Beləliklə, uzun zaman Braziliyada çalışmış ukraynalı mütəxəssis “Xəzər Lənkəran” Futbol Klubunun ehtiyat qüvvəsinin yetşdirilməsi strukturunda böyük səlahiyyətlər əldə edib. Bununla belə, son zamanlar ölkə KİV-ində yazılan və səslənənlərin əksinə olaraq əvəzedici komandanın baş məşqçisi vəzifəsini əvvəlki kimi Fazil Əsədov tutacaq. Nəbi Tağıyevlə Elşad Tahirov isə “Xəzər Lənkəran”ın əvəzedici komandasında baş məşqçinin köməkçiləri funksiyasını yerinə yetirəcəklər.
Eyni zamanda klub rəhbərliyi Panfilovun tövsiyyələrini nəzərə alaraq, aşağı yaş qrupları üzrə komandaların məşqçi heyətlərini yenidən tərtib edib. Bundan sonra Panfilovun ümumi rəhbərliyi altında 1993-94-cü (U-17) illər təvəllüdlü yeniyetmə futbolçuları Mircəlal Əliyev, 1995-96-cı (U-15) təvəllüdlü yeniyetmə futbolçuları Namiq Qarayevlə Siyasət Əliyev, 1997-98-ci (U-13) təvəllüdlü uşaq futbolçuları Məhərrəm Bağırovla, 1999-cu il təvəllüdlü və daha az yaşlı uşaq futbolçuları isə Ağadadaş Həmidov çalışdıracaq. Vidadi Hüseynov isə bütün yaş qrupları üzrə komandaların qapıçılarıyla çalışacaq.


Son xəbərlər