Samir Əliyev: “Ernani Pereyranın dəvət aldığı milli komanda barədə danışmaq istəmirəm”

Samir Əliyev: “Ernani Pereyranın dəvət aldığı milli komanda barədə danışmaq istəmirəm”
MÜSAHİBƏ 1 Sentyabr 2009 / 16:31 3567
-  A +

“Neftçi”nin hücumçusu Samir Əliyevin Qol.Az saytına müsahibəsi

-  Samir neçə müddətdir ki, zədədən əziyyət çəkirdin. Komandanın heyətində sonuncu turda oyuna çıxdın. Hazırda özünü necə hiss edirsən?

-   Normal. Zədəm demək olar ki, sağalıb. Əsas məqsəd formanı bərpa etmək və əsas heyətə düşməkdir.

-   “Neftçi” çempionata uğurlu başladı. İki oyundan iki qələbə. Necə fikirləşirsən, komanda artıq öz oyununu tapıb?

-  Rəhbərlik başda olmaqla hər kəs komandanın uğurları üçün çalışır. Çempionatın gedişində  daha uğurla çıxış edəcəyik. Məncə, “Neftçi” bundan da gözəl oyun göstərə bilər. Bunun üçün hər kəs çalışır.

-  Komandanın qarşısına qoyulan məqsəd nədən ibarətdir?

-  Təbii ki, çempion olmaq. “Nefçi” hər zaman çempionluğa oynayan komanda olub. Düzdür, bu il iddialı klubların sayı daha çoxdur. Demək olar ki, zəif komanda yoxdur. Əgər “Muğan” səfərdə “Simurq”dan xal alırsa, deməli, komandalarda irəliləyiş var. “Nefçi” ilə birlikdə “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” da qızıl medallar uğrunda mübarizə aparacaq.

-    Baş məşqçi Böyükağa Ağayevlə münasibətlərin necədir?

-    Heç bir problem yoxdur. Bir-birimizi çox gözəl başa düşürük.

-    Keçək milli komandaya. Bizi qarşıda Findlandiya və Almaniya ilə çətin matçlar gözləyir. Necə fikirləşirsən, komandamız Finlandiya üzərində ilk qələbəsini qazana biləcək?

-   Mən, ümumiyyətlə, milli komanda haqqında danışmaq istəmirəm.

-   Niyə?

-   Bir komandadaki Ernani Pereyra təlim-məşq toplanışına çağırılır,  mən daha bu komanda haqqında nə danışım? Onsuz da milli heç bir məzmunlu oyun göstərmir və məğlub olur. Uduzuruqsa, yenə də öz oyunçularımızla uduzaq.

-   Komanda yoldaşın Ruslan Abışov millinin heyətinə dəvət aldı. Çoxları Ruslanın istedadlı olduğunu və Rəşad Sadıqovu layiqincə əvəz edə biləcəyini fikirləşir. Sənin bu barədə fikirlərin necədir?

-   Ruslan həqiqətən çox istedadlı gənclərimizdəndir. Milliyə böyük fayda verəcəyindən şübhəm yoxdur. Ruslanı Berti Foqtsa məsləhət gördülər. Axır ki, Foqts bulanıq gözlərini açıb Ruslanı gördü və onu milliyə dəvət etdi.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord