Vitali Mutko millimizlə oyundan ehtiyatlanır

Vitali Mutko millimizlə oyundan ehtiyatlanır
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2009 / 11:10 2405
-  A +

“Rəqibimizin Lixtenşteyn və Uels olmasından asılı olmayaraq, bütün qarşılaşmalara ciddi yanaşmalıyıq. İnanın ki, bizim üçün Uelslə görüş də çox çətin olacaq”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Futbol İttifaqının başçısı Vitali Mutko ölkəsinin milli komandasının dünya çempionatının final mərhələsinə çıxmaq şanslarını dəyərləndirərkən deyib. Mutko Rusiyanın milli komandamıza qarşı keçirəcəkləri oyun haqda da danışıb: “Bakıda Azərbaycan millisinə qarşı oynamaq heç də asan olmayacaq. Ötən seçmə mərhələdə Andorra və İsraildə başımıza gələnlərin təkrarlanmaması üçün çox diqqətli olmalıyıq”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı