AFFA-nın vitse-prezidenti: “Berti Foqtsun millidəki gələcək taleyi müzakirə olunmayıb”

AFFA-nın vitse-prezidenti: “Berti Foqtsun millidəki gələcək taleyi müzakirə olunmayıb”
XƏBƏR 31 Avqust 2009 / 17:25 1931
-  A +

“Berti Foqtsun gələcəkdə milli komandada fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı heç bir müzakirə aparılmayıb və aparılmır. Bilmirəm bu məlumatı haradan götürüblər. Berti Foqtsun müqavilə müddəti 2009-cu ilin dekabrında başa çatır. Bundan sonra AFFA-nın İcraiyyə Komitəsi məsələni müzakirə edəcək və qərar olacaq”. Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyev “Media forum” saytına deyib.
B.Foqtsun təcrübəli futbol adamı olduğunu vurğulayan vitse-prezident hesab edir ki, baş məşqçinin milli komandada heç bir iş görmədiyini demək olmaz: “Futbolçu yetişdirmək, onlarla işləmək savadı və texnikası, futbolçuların psixologiyasını bilmək qabiliyyəti - bunlar hamısı Foqtsda var. Sadəcə, futbolçularımız zəifdir, ideal deyillər. Klubda ajiotaj yaradırlar, amma millidə oynaya bilmirlər”.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı