Həmyerlimizin komandası qələbəni son anda əldən verdi

Həmyerlimizin komandası qələbəni son anda əldən verdi
XƏBƏR 31 Avqust 2009 / 16:50 2314
-  A +

Bu tur Belarusda legioner həyatı yaşayan həmyerlimiz Elmar Xeyirov üçün də uğurlu olmayıb. Qol.AZ-ın məlumatına görə, onun şərəfini qoruduğu “Smorqon” klubu səfərdə “Neman”la heç-heçə edib - 1:1. Xeyirovun da forma geyindiyi matçda onun komandası qarşılaşmanın 84-cü dəqiqəsində Verstakla hesabı açmağı bacarsa da, qələbə hesabını sonadək qoruya bilməyib. 90-cı dəqiqədə Denişeviçin vurduğu qol meydan sahiblərini məğlubiyyətdən xilas edib. Bu oyundan sonra xallarının sayını 8-ə çatdıran “Smorqon” hələ də sonuncu pillədən qurtula bilmir. Onları 13-cü pillədəki “MTZ-Ripo”dan 7 xal ayırır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı