Azad Rəhimov Berti Foqtsun müdafiəsinə qalxdı

Azad Rəhimov Berti Foqtsun müdafiəsinə qalxdı
ÖLKƏ FUTBOLU 31 Avqust 2009 / 16:29 2228
-  A +

“Berti Foqts Azərbaycan milli futbol komandasındakı işini mütləq davam etdirməlidir. Gündə bir baş məşqçi dəyişməklə heç nəyə nail olmaq mümkün deyil”. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssisin müqaviləsinin artırılıb-artırılmayacağına dair sualı cavablandıran gənclər və idman naziri Azad Rəhimov “Media forum” saytına açıqlamasında belə deyib.

Nazir hesab edir ki, bir günə, bir ilə futbolda inkişaf və dəyişiklik olacağını gözləmək düzgün deyil: “Türkiyə dünya çempionatında üçüncü yerə çıxmaq üçün on il çalışdı, bu müddətdə məktəblər, stadionlar tikildi, bərpa olundu, futbola yeni gənclər cəlb edildi. Bütün bunlardan sonra Türkiyə indiki nailiyyətləri əldə etdi. Biz Berti Foqtsdan bir ilə Azərbaycan milli komandasını dünyanın güclü komandaları səviyyəsinə çatdırmağı, dünya səviyyəli komanda yaratmağı tələb edirik. Bu mümkün deyil, dünyada belə bir təcrübə yoxdur. Amma futbolun inkişafına həqiqətən inanıram”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı