Zeynal Məmmədov Anar Niyazovdan narazılıq etdi

Zeynal Məmmədov Anar Niyazovdan narazılıq etdi
PREMYER LİQA 17 Noyabr 2008 / 15:18 5224
-  A +

«Bakı» futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov hesab edir ki, «Simurq»la oyunda hakimlik yüksək səviyyədə olmayıb: «Hakimin işinə qarışmaş istəmirəm. Amma demək olar ki, hakimlik yüksək səviyyədə olmadı. Rəqib komanda bəzi epizodlarda kobud oyunayırdı. Futbolçularımızın gözünü qorxutdular».

Xatırladaq ki, Azərbaycan Premyer-Liqasının 11-ci turu çərçivəsində Zaqatalada keçirilən oyunda «Simurq» «Bakı»nı 2:1 hesabı ilə məğlub edib. Görüşün baş hakimi Anar Niyazov olub.

Vitse-prezident bildirib ki, Premyer-Liqanın ikinci dövrəsi daha maraqlı keçəcək.

«Çempionatla bağlı bütün suallara ikinci dövrədə aydınlıq gələcək. Hesab edirəm ki, ikinci dövrə daha maraqlı keçəcək və çempionluq uğrunda mübarizə daha da qızışacaq», - deyə Məmmədov əlavə edib.

Hazırda hesabında 23 xalı olan «Bakı» Premyer-Liqanın 14 iştirakçısı arasında 5-ci yerdədir.

Məmmədov deyib ki, Premyer-Liqanın birinci dövrəsinin sonuna kimi «Bakı» liderliyə yüksələ bilər ("Trend").


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı