Yakuba Bamba «Xəzər-Lənkəran»a qayıdır

Yakuba Bamba «Xəzər-Lənkəran»a qayıdır
PREMYER LİQA 17 Dekabr 2008 / 13:07 9922
-  A +

«Xəzər-Lənkəran»ın Kod Divuarlı keçmiş hucümçusu Yakuba Bamba yenidən bu kluba qayıdır. Bu barədə Qol.Az saytına «XL»in vitse-prezidenti Araz Nəsirov məlumat verib. Onun sözlərinə görə, komandanın Bambayla müqaviləsi bitmədiyindən bu futbolçu hazırda kluba məxsusdur. «Bambayla bağlı qərarı komanda bir araya gəldikdən sonra verəcəyik». Bambanın «XL»in qarşıdakı təlim-məşq toplanışına çağırılacağını söyləyən A.Nəsirov baş məşqçi İqor Ponomaryovun futbolçunun oyununu bəyənəcəyi təqdirdə onun komandada qalacağını deyib.
Xatırladaq ki, Ağasəlim Mircavadovun dönəmində «XL»in əsas oynçularından sayılan Bamba Rasim Karanın gəlişindən sonra Cənub klubundan uzaqlaşıb və hazırda Fransada yaşayır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı