Ramal Hüseynov oynadı, “Kocaelispor” qələbə qazandı (FOTOSESSİYA)

XƏBƏR 16 Avqust 2009 / 15:22 3173
-  A +

Azərbaycanlı futbolçuların çıxış etdiyi Türkiyənin iki klubu dünən qarşı-qarşıya gəlib. Qol.Az-ın məlumatına görə, Ramal Hüseynovun formasını geydiyi “Kocaelispor” Vitali Kovalyovun yenicə transfer olunduğu “Kartalspor”la qarşılaşıb. “Kocaelispor”un bazasında baş tutan yoxlama oyununda İzmit təmsilçisi rəqibini 3:1 hesabıyla məğlub edib. “Kocaelispor”un heyətində  Onur Alkan, Əmrah Kol və Əli Bayraktar fərqlənərkən, “Kartalspor”un yeganə qolunu Preston vurub. Vitali Kovalyovun forma geymədiyi oyunda Ramal meydana start heyətində çıxıb. Həmyerlimiz 80-cı dəqiqə əvəzlənib.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər