Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq

Yazarlar
 Vaqif Cavadova bircə sual
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ"ın yoxlama oyunundan Şəkillər
Top 5
Klublarımızın qış transferləri – Yenilənir
"Qarabağ" heç-heçə ilə başladı
"Real" hücum xəttini dəyişir?
“Qəbələ” "Sürix"ə uduzdu
"Azərbaycandan əla təklif almışam"
Linklər
525ci Qəzet

Messinin dərdi var, Messi xəstədi
A A A

[17.03.2014]
Messinin dərdi var, Messi xəstədi

Ölmüşdü elə “Ağ Ev”... Amerika heç vaxt imkan verməz ki, Kreml Krımı Rusiyanın ərazisinə qatsın. Barak Obamanı prezident seçən dövlətin xasiyyəti tünddür, dovşanı araba ilə elə tutur, elə tutur ki, araba dovşandan, dovşan da arabadan razılıq edir.

Sovetin özü yoxdursa “Sovetski” necə qala bilər? Əgər o boyda məhəllədə park salınacaqsa, kimdi köçmək istəməyənlərin nazı ilə oynayan? Nə çoxdu boş-bekar buldozer...

Bütün bu problemlər zamanla yoluna qoyulacaq. İndi dünya daha qlobal məsələ ilə maraqlanır. Elə mən özüm də. Bəs necə, mən bu dünyada yaşamıram məgər? Messinin xəstələnməsini eşidəndən nə gecəm var, nə gündüzüm. Yeni dünya ulduzunun milyonlarla azarkeşinə qoşulub narahatlıq keçirirəm.

Düzdü, bu mahir sehrbaz yenə meydana çıxır, ayağı və başı həmişəki kimi yaxşı işləyir. Yaşıl ot üstündə topun da, rəqib futbolçuların da başına oyun açır. Necə deyərlər, açıb, açır, açacaq. O gün “Mançester Siti”yə də qol atdı. Amma səhhətində problem yarandığı aydın görünür. Elə aydın görünür ki, elə bil Bayıl tərəfdə durub bulvardakı “Şeytan çarxı”na baxırsan...

Messi özü də sağlıq durumunda problem olduğunu etiraf edib. Təkcə ehtiyat yox, etiraf da Messinin yaraşığıdı. Deyib ki, məşq edəndə, oyuna çıxanda tez-tez qaytarıram. Argentinalı ulduz səhhətindən danışanda onu da deyib ki, İspaniyadakı həkimlər problemin nədən qaynaqlandığını tapa bilmirlər. Al, bu da sənə İspaniya. Messinin, Neymarın, Pikenin, Xavinin, Alveşin, Fabreqasın, Ronaldonun, Beylin, Modriçin, Ramosun, Benzemanın, Di Mariyanın, David Vilyanın, bizim Arda Turanın top qovduğu qos-qoca İspaniyada meydana bir həkim çıxa bilmir. Yekə-yekə danışmaqla... pardon, oynamaqla deyil e...

Allah yenə bizim məmləkətə bərəkət versin. Messimiz, Ronaldomuz, Beylimiz, Neymarımız olmasa da, həkimdən boluq. Bizdə elə özəl klinikalar var ki, adları az qala Messi, Ronaldo kimi məşhurdu. Telekanallarda hansı verilişə baxırsan, həmin klinikaları tərifləyirlər. Təkrar deməyə nə ehtiyac, indi elə zamandı ki, qardaş qardaşı, ata oğulu pulsuz, təmənnasız tərifləmir. Telekanallar da özəl klinikaların ağ xələtinə, pambıq və bintinə aşiq olmayıblar ki? Özəl tibb mərkəzləri əksər verilişlərə sponsorluq edir, pul-para verir. Onsuz da dəb düşüb, bir də görürsən hansısa bir oxuyan qadın çıxır bahalı maşının üstünə və uca səslə deyir ki, bunu mənə sponsorum bağışlayıb.
“Argentinalı möcüzə”- Messi İspaniyada qaytarmağında, oxuyanlarımız bahalı arabaların damında şəkil çəkdirməkdə, özəl klinikalarımız da “Dədə, bizi niyə atdın”, “Ana, evə nə vaxt gələcəksən”, “Arvadımın əri” proqramlarına sponsorluq etməkdədi.

İspaniyadakı həkimlərdən düz-əməlli bir cavab ala bilməyən Messinin bizim özəl tibb mərkəzlərindən nə xəbəri? O, hardan bilsin, bizim klinikalarda vəziyyət necədi? Topla sehrbazlıq etməkdən başı açılır ki... Argentinalı eşitməsə də biz yaxşı bilirik ki, məsələ nə yerdədi. Özəl tibb mərkəzlərimizdə xəstələr şəraitin yüksək səviyyədə olmasından şoka düşürlər, yalvarırlar ki, həkim, ölüm qabağında. Dərhal da arzularına çatırlar.

İndi istəyirəm ki, ulduz futbolçunu sağaltmaq üçün vasitəçilik edəm, amma Minsk Qrupunun vasitəçiliyinə oxşamasın. Messinin əlindən tutub gətirim Bakıya, bizim özəl klinikalardakı həkimlərimiz onun dərdinə bir çarə tapsınlar. Messinin pulu da var, xarici pasportu da hazırdı. Lakin arada bir problem yaranıb, futbol oynamaqdan, topun anasını ağlatmaqdan vaxt tapa bilmir. Bir-iki tur cəzalansaydı burlara gəlməyə boş vaxtı olardı.
Ay Messisevərlər, vəziyyət belədi- həkim tapmışam, bəs Messiyə qırmızı vərəqə verə bilən hakimi hardan tapım?    

Etibar CƏBRAYILOĞLU,

“Ədalət” qəzeti
15 mart 2014-cüil
 

6550 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
15.11.2017  17:07 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
07.10.2016  12:10 "Neftçi"nin "Xəzər Lənkəran"a çatmasına az qalıb...
28.04.2016  12:51 Bir dön bizim “Bakı"ya bax...
29.12.2015  14:11 Üzən manat, aradan çıxan futbol
11.11.2015  13:08 Arayış
13.12.2014  14:51 “Kitayski” çex
29.04.2014  12:03 “Xəzər Lənkəran” rəhbərliyi Biləcəri nədi, heç Qumbaşı kəndini keçə bilmədi
29.03.2014  12:12 Çörəyi çörəkçiyə, pulu Dənizliyə
22.01.2014  14:07 Dənizliyə yol göstərmək
01.01.2014  15:03 Yeni il hədiyyəsi - Foqts
11.12.2013  13:43 Mənə Dənizli verin!
 
 
  19.01.18
17:17
  "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
17:05
  "Keşlə" "Zirə"yə qalib gəldi
16:55
  “Neftçi”nin futbolçuları reqbi oynadı - Video
16:25
  "Keşlə" baxışa çağırdığı legionerlə müqavilə bağladı
16:09
  Millimiz Antalyada "Krasnodar"la qarşılaşacaq
15:46
  "Prosineçki əla insandır" - İbrahim Şehiç
15:27
  Almaniya millisinin üzvü "Bavariya"da - rəsmi
15:01
  2020-ci ilədək "Mançester Siti"də
14:31
  "Barselona"da növbəti müqavilə
14:06
  Çexiya millisinin üzvü "Trabzonspor"da
13:45
  Prandelli qovuldu
13:30
  "Çelsi"dən Piter Krauça təklif
13:19
  Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
13:00
  Millimizdən ikinci qələbə
12:47
  “Səbail”dən növbəti transfer
12:45
  "Hər bir komandanın şansı 33 faizdir" - millimizin üzvü
12:36
  Xizək sürməyi sevirsənsə, “Rich Sport”a gəl...
12:33
  "Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi
12:18
  Günün canlı oyunları - Etopaz-da
11:59
  “Keşlə” ilə razılığa gələ bilmədik” – Rauf Əliyev
11:23
  "Çelsi"yə transfer qadağası qoyula bilər
11:02
  "Sumqayıt" - "Səbail" - Video
10:49
  "Billiatsız da güclüyük" - baş məşqçi
10:30
  Paulinyonun son durumu müəyyənləşdi
10:16
  "Keşlə" "Zirə"yə qarşı
10:05
  "Real"dan qələbə - Video
09:50
  Ruslan Abışovdan ateist söhbətinə reaksiya
02:00
  "Qalatasaray"dan 3 cavabsız qol - Video
01:37
  Çin klubu Ronaldoya təklif irəli sürməyə hazırlaşır
01:19
  Ukraynalı qapıçı “Beşiktaş”a qayıdır
00:52
  Vassoura millimizdə
00:35
  “Qarabağ” günü 2 məşqlə başa vurdu
00:19
  Eddinin komandasından qələbə
00:00
  “Qalatasaray” darmadağınla 1/4 finalda
  18.01.18
22:50
  "Sumqayıt" - "Səbail" - Şəkillər
22:12
  "Neftçi" fitnes zalında - Video
21:30
  “Bavariya” 16 yaşlı futbolçu aldı
21:00
  Fransa klubu baş məşqçisini qovdu
20:30
  Robinyo Türkiyə klubu ilə danışıq aparır
20:11
  “Yuventus”un 19 yaşlı futbolçusu karyerasını başa vurdu
19:50
  "Səbail" "Sumqayıt"a qalib gəldi
19:35
  "Liverpul" futbolçusunu icarəyə verdi
19:22
  "Traktor Sazi" yenə uduzdu
18:30
  Moldovanın millimizlə oyun üçün heyəti açıqlandı
18:15
  "Sançes tezliklə "Mançester Yunayted"ə keçəcək" - Venger
17:39
  "Yüz faizlik şanslardan yararlana bilmədik" - Cavid Hüseynov
17:26
  Ronaldo "Real"ın iştirak ərizəsində yoxdur
16:50
  "Kəpəz"dən növbəti rəsmi transfer
16:36
  "Fənərbaxça"lı azarkeşlər "Qarabağ"ın düşərgəsində
16:21
  "Qəbələ"nin məğlubiyyəti - Video
16:10
  Şvayntayger ABŞ klubunda qaldı - yeni müqavilə
15:53
  "Keşlə" yamaykalı hücumçu alır
15:23
  Araz komandasına penalti qazandırdı - video
15:16
  Özil "Arsenal"da qalır - Venger açıqladı
14:52
  Hakimlər "Keşlə"yə seminar keçdilər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore