Abramoviç Mübariz Mənsimova söz verdi

XƏBƏR 12 Avqust 2009 / 13:07 2192
-  A +

İstanbulun «Beşiktaş» klubu israrla istədiyi «Çelsi»nin futbolçusu Dekonun transferi üçün hər bir vasitəyə əl atır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz oyunçunu transfer etmək məqsədilə İstanbul klubunun konqres üzvü Mübariz Mənsimov da hərəkətə keçib. Azərbaycanlı iş adamı yaxın dostu olan «Çelsi»nin prezidenti Roman Abromoviçlə görüşərək ondan Dekonun transferində yardımçı olmsasını istəyib. Rus iş adamı görüşdə futbolçu ilə bağlı qərarı komandanın məşçisi Karlo Ançelottinin və Dekonun özünün verdiyini bildirib. Amma Abromoviç bu məsələdə yardımçı olacağını söz verərək, transferə yaşıl işıq yandırıb.  
Qeyd edək ki, «Çelsi»nin baş məşqçisi Dekonu komandada görmək istəmir. İllik 4,5 mioyon avro qazanan 32 yaşlı futbolçuya İstanbul klubu 3,5 milyon avro təklif edir. Dekonun transfer məsələsinin həftə sonuna qədər bilinəcəyi gözlənilir.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı