Valdas İvanauskas: “Almaniya ilə oyunda sürpriz etmək çətin məsələdir”

Valdas İvanauskas: “Almaniya ilə oyunda sürpriz etmək çətin məsələdir”
XƏBƏR 12 Avqust 2009 / 12:42 1852
-  A +

“Mən 15 il Almaniyada yaşamışam, orada futbol oynamışam. O, ölkənin futbolunu da bilirəm, mentalitetini də. Almaniya millisinin gücü hamıya məlumdur. Azərbaycanla qaraşılaşmanın favoriti də onlardır. Bununla belə, düşünürəm ki, azarkeşlər maraqlı oyunun şahidi olacaqlar”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Sumqayıtın “Standard” klubunun litvalı baş məşqçisi Valdas İvanauskas deyib. Uzun müddət Almaniyanın "Hamburq" klubunun şərəfini qorumuş İvanauskas bu günkü qarşılaşmadan sürpriz gözləməyin çətin olduğunu da deyib: “Açığı, Azərbaycanın sürpriz edəcəyi çox az inandırıcı görünür. Bu, çox çətin məsələdir. Çünki Almaniyanın gücü, futbolçularının səviyyəsi çox yuxarıdır. Hadisələrə real gözlə baxmaq lazımdır. Bəlkə də almanlar qrupda liderliklərini möhkəmlətmiş olsa idilər sürpriz şansı böyük ola bilərdi. Amma yenə də bu, futboldur, hər şey ola bilər". 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı