Namiq Məstanov “Turan”a qayıdır?

XƏBƏR 12 Avqust 2009 / 12:07 2066
-  A +

Səhmdar cəmiyyətə çevrildikdən sonra 15-dən artıq iş adamının klubuna çevrilən “Turan”a daha bir sabiq idarəçinin qayıdışı gözlənilir. Qol.Az-ın məlumatına görə, 2001/02 və 2003/04 cü illərdə “Turan”ın prezidenti olan Namiq Məstənovun “Turan” qayıtmasıyla bağlı xəbərlər yayılıb. Son günlər komandanın düşərgəsində görünən Məstənovun özü kluba döndüyünü təkzib etdi: “Doğma komandama qayıtmamışam. Bakıda çalışıram. Düzdür, bu günlərdə Tovuzda “Turan”ın məşqini izləmişəm. Amma bu o demək deyil ki, komandaya qayıtmışam. Sadəcə yas mərasimində iştirak etmək üçün Tovuza gəlmişəm. Fürsətdən istifadə edib, komandanın məşqlərini izlədim. Futbolçular və məşqçilərlə görüşüb, söhbətləşmişəm. Başqa heç nə olmayıb. Bununla belə, mən həmişə “Turan”a kömək etməyə hazıram”.


Son xəbərlər