“Standard” hazırlığı məğlubiyyətsiz başa vurdu

“Standard” hazırlığı məğlubiyyətsiz başa vurdu
XƏBƏR 12 Avqust 2009 / 11:42 1827
-  A +

XVIII futbol mövsümünün hazırlığını yekunlaşdıran “Standard” dünən son yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) stadionunda MOİK-lə qarşılaşan sumqayıtlılar rəqibini Silaqadze və portuqaliyalı Üqonun qolları ilə 2:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Bununla da “Standard” litvalı mütəxəssi Valdas İvanauskasın rəhbərliyi altında keçirdiyi 6-cı yoxlama görüşünü də qələbə ilə başa vurdu. Qeyd edək ki, sumqayıtlılar cümə günü çempionatın açılış oyunu çərçivəsində Salyanda “Muğan”ın qonağı olacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın