AzTV telekanallara şərtlərini açıqladı

AzTV telekanallara şərtlərini açıqladı
ÖLKƏ FUTBOLU 12 Avqust 2009 / 11:23 3121
-  A +

Peşəkar Futbol Liqası ilə Azərbaycan Teleradio Verlişiləri QSC arasında bağlanmış müqaviləyə əsasən 2009/10-cu il, 18-ci Azərbaycan premyer liqasının eksklüziv çəkiliş hüququ Azərbaycan Televiziyasına verilib. Müqaviləyə əsasən cari mövsümdən etibarən heç bir telekanal premyer-liqanın oyunlarından çəkiliş apara bilməz və bu addımı atan kanallar barəsində ciddi ölçü götürüləcək. Bu barədə Qol.Az-a Azərbaycan Teleradio Verlişiləri QSC-dən məlumat verilib. Məlumatda deyilir ki, dünən Azərbaycan Teleradio Verilişləri QSC yayımla bağlı şərtləri açıqlayıb. AzTV-nin telekanallar üçün qoyduğu şərtlər belədir:
1. Premyer Liqada turun prinsipal qarşılaşmaları
3 dq. - 40 AZN
2. Premyer Liqada autsayderlərin oyunları
3 dq. - 20 AZN
3. Premyer Liqada liderlərlə autsayderlərin qarşılaşmaları
3 dq. - 30 AZN
- Hər bir oyunun görüntüsü AzTV və ya “İdman Azərbaycan” kanalında yayımlandıqdan 2 saat sonra
www.aztv.az saytında yerləşdiriləcək və telekanallar məhz məxvi kodla bu fraqmentləri əldə edə biləcəklər.
- Görüntüləri yayım hüququna malik şirkət müəyyənləşdirir.
- Fraqmentləri AzTV və ya “İdman Azərbaycan”ın efirindən yazıb vermək qəti qadağandır.
- Təqdim olunan kadrlara görə yayımçı şirkət məsuliyyət daşıyır.
- Oyunların bölgüsü turnir cədvəlinə uyğun aparılır.

Daha çox


Son xəbərlər