Branimir Subaşiç: “Millidə bir çox şey ürəyimcə deyil"

Branimir Subaşiç: “Millidə bir çox şey ürəyimcə deyil"
ÖLKƏ FUTBOLU 12 Avqust 2009 / 00:20 2441
-  A +

“Foqts özü bilər. İstəyər məni milliyə çağırar, istəməz çağırmaz. Mən onsuz da sözümü demişəm. Yenidən Azərbaycan milli komandasının düşərgəsinə gəlmək istəmirəm”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri milli komandamızın sabiq hücumçusu, Çinin “Çanqçun Yatay” klubunda çıxış edən Branimir Subaşiç deyib. Subaşiç bildirib ki, millimizin almanlarla oyunu çox çətin keçəcək: “Millidə bir çox şey ürəyimcə deyil. Amma bu haqda uzun-uzadı danışmaq istəmirəm. Almaniyayla oyunda Azərbaycan millisinə uğurlar arzulayıram. Amma qarşılaşma çox çətin keçəcək. Almaniya millisi həqiqətən də çox güclüdür”.

Daha çox


Son xəbərlər