«Baku und das Wambley-Tor»

XƏBƏR 11 Avqust 2009 / 17:58 2021
-  A +

Sabah – avqustun 12-də saat 15:30-da AFFA-nın inzibati binasında «Baku und das Wambley-Tor» («Bakı və Uembli qapısı») kitabının təqdimetmə mərasimi keçiriləcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, kitabın müəllifləri Maykl Cozef Nasyadek və Henrix Peukmanndır. Kitabda Azərbaycan və Almaniya futbolu arasındakı əlaqələr, 1966-cı ildə keçirilən dünya çempionatının finalında Tofiq Bəhramovun işarəsindən sonra qeydə alınan qol, həmin qarşılaşmada Almaniya yığmasının qapsını qorumuş Hans Tilkovskinin Bakıya səfəri və s. barədə ətraflı məlumat verilib.
Mətbuat nümayəndələri təqdimat mərasiminə dəvət olunur.


Son xəbərlər