“Qarabağ” “Tvente”ylə oyuna 10 futbolçusuz hazırlaşır

XƏBƏR 11 Avqust 2009 / 17:20 2079
-  A +

Avroliqanın play-off mərhələsində Hollandiyanın “Tvente” klubuyla qarşılaşacaq “Qarabağ” qarşıdakı oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “Honka”yla cavab oyunundan sonra 2 günlük komandaya istirahət verən baş məşqçi Qurban Qurbanovun başçılığı altında futbolçular yenidən tam sürətlə çalışmalarını davam etdirirlər. Lakin “Qarabağ” heç də tam heyətlə məşq edə bilmir. Belə ki, əsas millinin düşərgəsində olan Fərhad Vəliyev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Vüqar Nadirov, Vaqif Cavadov, Elvin Məmmədovla yanaşı U-21-lə birgə olan Rauf Əliyev, Maksim Medvedev, Əfran İsmayılov Almaniyadadır. Qara Qarayev də U-19-un düşərgəsindədir. Admir Teli 2 günlük istirahətdən sonra vətənindən dönsə də, Emin İmaməliyevin zədəsi davam edir. Amma Eminin durumunda düzəlmə davam edir. Yarımmüdafiəçinin hətta “Tvente”ylə ilk matca yetişmə ehtimalı da var.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı