Slevan Bates: “Bakı”nın Avropasəviyyəli klub kimi tanınmaq şansı var”

XƏBƏR 11 Avqust 2009 / 16:04 1921
-  A +

“Azərbaycanda oynamağa Coko Haciyevskiyə görə razılıq verdim. O, komandanın Çempionlar liqasında oynayacağını, iddialı bir kollektiv yaratmaq niyyətində olduğunu bildirdi. Məhz, bu səbəbdən Fransadan Azərbaycana gəlməyə razı oldum”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın serbiyalı müdafiəçisi Stevan Bates klubun rəsmi internet saytına verdiyi açıqlamda deyib. Təcrübəli müdafiəçi bildirib ki, “Bakı”ya gəlişini geriyə atılmış addım hesab etmir: “Bakı”ya gəlişimi geriyə addım hesab etmirəm. Burada xoşuma gəlməyən yeganə amil məşq meydançaların bərbad vəziyyətdə olmasıdır. Son oyunda məğlub olsaq da, ruhdan düşməmişik. Unutmayaq ki, "Levski" əlli ildən artıqdır ki avroturnirlərdə oynayır.  Rəqibin heyətində təcrübəli və sürətli futbol oynaya bilən futbolçular var idi. Həmin gün hücum xəttimiz də bərbad oynadı. Avroliqada mübarizəmız davam edir. "Levski" ilə oyunlarda etdiyimiz səhvlərin növbəti oyunlarda təkrarlanmaması üçün, ciddi səylə məşq edirik. Avroliqanın qrup mərhələsinə yüksəlmək şanslarımız var. Bu imkanı reallaşdıra bilsək, Avropa səviyyəli klub kimi tanınarıq”.


Son xəbərlər