Aleksandar Soliç: “Bacardığımızı edəcəyik ki, həm rəhbərliyi, həm də möhtəşəm azarkeşlərimizi sevindirək”

XƏBƏR 11 Avqust 2009 / 15:53 1831
-  A +

“Azərbaycana gəldiyimə görə xoşbəxtəm. Burada hər şey məni qane edir: gözlədiyimdən də gözəl şəhər, isti münasibətlə rastlaşdım. Oyun günlərində Tofiq Bəhramov adına stadionun tribunalarında yer tapılmaması, yerli azarkeşlərin bizə inamı məni daha da ruhlandırır”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın müdafiəçisi Aleksandr Soliç klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Təcrübəli yarımmüdafiəçi bildirib ki, “Levski” daha aqressiv oynadığına görə, “Bakı”ya qalib gəlib: “Çox təəssüf ki, "Levski" ilə ev oyununda azarkeşlərimizi məmnun etməyi bacarmadıq.  İkinci oyunda isə daha aqressiv oynayan rəqibimiz qalib gəldi və cütün qalibi oldu.  İndi hər şeyi unudub növbəti mərhələ barədə düşünürük. Bacardığımızı edəcəyik ki, həm rəhbərliyi, həm də möhtəşəm azarkeşlərimizi sevindirək. Avroliqa qrupunda yarışmaq şansımız qalır. Məncə, "Bazel"lə oyunlarda daha fəal oynamalıyıq”.


Son xəbərlər