Açıq Əyləncəli Futol Məktəbləri fəaliyyətə başlayıb

XƏBƏR 11 Avqust 2009 / 14:40 1900
-  A +

Açıq Əyləncəli Futol Məktəblərinin Ağstafa rayonunda təntənəli açılış mərasimi keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, mərasimdə AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Açıq Əyləncəli Futol Məktəblərinin Zaqafqaziya və Moldova üzrə koordinatoru Valeri Çolariya və Azərbaycan üzrə koordinator Kərim Ağayev çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Tədbirdə 200-ə yaxın uşaq, 12 məşqçi və 2 rəhbər iştirak edib.
Ağstafadan başqa, daha beş bölgədə – Gəncə, Mingəçevir, Sumqayıt, Ağcabədi və Qaxda bu layihə fəaliyyətə başlayıb.
Xatırladaq ki, layihədə çərçivəsində fəaliyyət göstərən məşqçi və rəhbərlər Gürcüstanın Çakva şəhərində və Oğuz rayonunda təşkil olunmuş seminarlarda iştirak ediblər.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı