Vaqif Sadıqov İsveçə gedir

Vaqif Sadıqov İsveçə gedir
XƏBƏR 11 Avqust 2009 / 12:21 2004
-  A +

DÇ-2010-un seçmə mərhələsində millimizin rəqiblərindən olan Finlandiya millisi avqustun 12-də Solna şəhərindəki «Rasunda» stadionunda İsveç millisi ilə yoldaşlıq oyunu keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, millimizin məşqçisi Vaqif Sadıqov bu oyunu izləmək üçün İsveçə gedəcək.
Xatırladaq ki, DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Azərbaycan – Finlandiya oyunu sentyabrın 5-də Lənkəranda keçiriləcək.
 
 
 
 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"