Millimizin Almaniyaya qarşı oynayacaq start heyəti Qol.Az-da

ÖLKƏ FUTBOLU 10 Avqust 2009 / 23:44 2752
-  A +

Milli komandamızın Almaniyayla oyunöncəsi sonuncu açıq məşqi bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. Qol.Az-ın məlumatına görə, təxminən saat yarım davam edən hazırlıq prosesində baş məşqçi Berti Foqts futbolçuları iki qrupa ayırdı. Məşqi izləyərkən Foqstun Almaniyayla oyun üçün start heyətini müəyyənləşdirdiyini müşahidə etmək olurdu. Beləliklə, alman məşqçi həmyerliləriylə görüşdə bu futbolçulara “ilk 11-lik”də şans verəcək: Fərhad Vəliyev, Rail Məlikov, Saşa Yunusoğlu, Ernani Pereyra, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Samir Abbasov, Mahir Şükürov, Elvin Məmmədov, Vaqif Cavadov, Daniel Axtyamov.
Maraqlıdır ki, məşq boyu Berti Foqts millimizin kapitanı Rəşad Sadıqovu görməyə alışdığımız mövqedə - müdafiənin mərkəzində deyil, Samir Abbasovla birgə dayaq yarımmüdafiəçisi mövqeyində sınayırdı. Arxa xəttin mərkəzində isə Saşa Yunusoğluyla Ernani Pereyra mübarizə apararırdılar.  

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi