Ruslar millimizdən sürpriz gözləyir

Ruslar millimizdən sürpriz gözləyir
XƏBƏR 10 Avqust 2009 / 19:28 2033
-  A +

Azərbaycan-Almaniya matçı qonşu Rusiyanın futbol ictimaiyyətinin də diqqət mərkəzindədir. Bu isə təsadüfi deyil. Çünki millimiz almanları büdrədəcəyi halda bizimlə eyni qrupda yer alan Rusiya millisinin dünya çempionatının final mərhələsinə getməsi üçün gözəl şansı yaranacaq. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda bu ölkədə hər kəs səbirsizliklə Azərbaycan-Almaniya matçının nəticəsini gözləyir. Konkret olaraq, “RTR+Sport” telekanalı dünənki son idman buraxılışında almanların millimizlə oyun öncəsi hazırlıq planına da toxunub. Rusiyalı şərhçi almanların favorit olduğunu bildirsə də millimizdən sürpriz gözlədiklərin də gizlətməyib. Onun sözlərinə görə, bir vaxtlar İsveçrə, Portuqaliya, Slovakiya, Finlndiya kimi komandalardan xal alan Azərbaycan millisi eyni sürprizi almanlarla qarşılaşmada da edə bilərlər. Süjetin sonunda rusiyalı şərhçinin sözlərindən belə qənaətə gəlmək oldu ki, hazırda bütün Rusiyanın futbol ictimaiyyəti və azarkeşləri bizdən sürpriz gözləyir və millimizin köməyinə möhtac qalıblar.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı