Azərbaycan-Almaniya matçı öncəsi rekord

Azərbaycan-Almaniya matçı öncəsi rekord
XƏBƏR 10 Avqust 2009 / 18:46 2414
-  A +

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində avqustun 12-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu yerli və xarici Kütləvi İnformasiya Vasitələrinin diqqət mərkəzindədir. Qol.Az-ın məlumatına görə, qarşılaşmanın işıqlandırılması məqsədilə 294 mətbuat nümayəndəsi rəsmi olaraq qeydiyyatdan keçib və müəyyən olunmuş müddət ərzində akkreditasiya vəsiqələrini alıb. Bu isə indiyə qədər millimizn oyunları ərəfəsində rekord sayıla bilər. Çünki indiyə qədər heç bir qarşılaşmadan öncə, bu qədər jurnalisti rəsmi surətdə qeydiyyatdan keçməmişdi.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı