Mehmet Ak: “Qarabağ”dakı sistemi yeni klubumda da tətbiq edəcəyəm”

Mehmet Ak: “Qarabağ”dakı sistemi yeni klubumda da tətbiq edəcəyəm”
ÖLKƏ FUTBOLU 10 Avqust 2009 / 17:45 2398
-  A +

“Qarabağ”ın sabiq koordinatoru türkiyəli Mehmet Ak yeni vəzifəsinə qovuşub. Ağdam klubundan ayrıldıqdan sonra “Şəkərspor”la danışıq aparan gənc mütəxəssis sonda “Niluferspor”la rəsmi müqavilə bağlayıb. Bu klub Türkiyənin 3-cü liqasında mübarizə aparır. Artıq yeni klubunun düşərgəsinə baş çəkən Ak futbolçularla tanış olub. Gənc mütəxəssis Qol.Az-a açıqlamasında yeni təyinatı haqqında aşağıdakıları deyib: “Qarabağ”dan ayrıldıqdan sonra həm Azərbaycandan, həm Türkiyədən, həm də Birləşmiş Ərəb Əmirlikləri klublarından təkliflər aldıq. Lakin çox düşündükdən sonra “Niluferspor”da işləməyə qərar verdim və düşünürəm ki, özüm üçün ən düzgün olan variantı seçmişəm. Ailəm də mənə bu variantı məsləhət gördü. Həm də digər klublardan fərql olaraq burada baş məşqçi işləyəcəm. Komanda yeni qurulub. Amma rəhbərlik çox iddialıdır və qarşıya qoyulan məqsəd ikinci liqaya yüksəlməkdir. İnanıram ki, bu məqsədimizə çatacağıq. “Qarabağ”dakı sistemi burada da tətbiq edəcəyəm”.
Daha sonra Ak sabiq klubu “Qarabağ”ın Avropa liqasındakı çıxışına da münasibət bildirib: “Hələ ilk püşkatmadan öncə demişdim ki, Qarabağ” əsl Avropa komandasıdır. Ağdam klubunun “Rusenborq” səddini keçəcəyini də demişdim və belə də oldu. Hətta mən deyərdim ki, “Qarabağ” həm “Rusenborq”dan, həm də “Honka”dan güclü komandadır. Amma “Tvente” ilə oyun qabağı eyni sözləri deyə bilmərəm. Çünki Hollandiya klubunu keçmək çox çətin olacaq. Amma “Tvente”ni keçmək heç də mümkünsüz deyil. Sadəcə meydana qol vurmaq üçün çıxmaq lazımdır”.

Daha çox


Son xəbərlər