“Standard” vətənə 4 legionerlə qayıdıb

“Standard” vətənə 4 legionerlə qayıdıb
XƏBƏR 10 Avqust 2009 / 16:38 2122
-  A +

Bu gündən etibarən Premyer Liqanın hazırlığına start verən Sumqayıtın “Standard” klubu axşam saat 18:30-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxacaq. Qeyd edək ki, klub təlim-məşq toplanışında olduğu Türkiyənin Bolu şəhərindən 4 legionerlə qayıdıb. Bunlar moldovadan olan müdafiəçi, latviyadan olan orta xətt oyunçusu, gürcü hücumçu və rusiyalı qapıçıdır. Ancaq bu futbolçuların heç biri ilə müqavilə bağlanmayıb. Komandanın litvalı baş məşqçisi Valdas İvanauskas yeni legionerləri bir daha sınayıb son qərarını vermək istəyir. Bu arada “Standard” ilk turun hazırlığını Sumqayıtda yox, Bakıda keçəcək.

 


Son xəbərlər