Mixael Ballak zədələndi

Mixael Ballak zədələndi
XƏBƏR 10 Avqust 2009 / 15:05 2068
-  A +

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda 2010-cu il dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan millisi ilə üz-üzə gələcək Almaniya milli komandasının düşərgəsində daha bir xoşagəlməz olay yaşanıb. Qol.AZ-ın “Bild” nəşrinə istinadən yaydığı məlumata görə, komandanın kapitanı, eyni zamanda “Çelsi”nin aparıcı futbolçularından sayılan Mixael Ballak millimizlə oyun öncəsi zədəli duruma düşüb. Dünən İngiltərə Superkuboku uğurunda “Mançester Yunayted”ə qarşı keçirilən qarşılaşmadan sonra Ballak ayağında ağrı hiss edib və həkim müayinəsindən sonra onun sağ ayağında kiçik əzilmə aşkar olunub. Hazırda Mixael millinin həkimləri tərəfindən müalicə olunmaqdadır. Güman ki, o, millimizlə oyuna iynə altında çıxsın. Baş verənlərə münasibət bildirən Almaniya milli komandasının baş məşqçisi Yoaxim Löv də Ballaka görə narahatçılıq keçirdiyini dilə gətirib: “Bu, heç də yaxşı xəbər olmadı. Amma inanıram ki, Ballak Azərbaycanla oyunda bizə kömək edə biləcək”.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı