“Neftçi”nin futbolçuları fiziki testdən keçdilər

“Neftçi”nin futbolçuları fiziki testdən keçdilər
XƏBƏR 10 Avqust 2009 / 14:25 1835
-  A +

Bir günlük istirahəti başa vuran “Neftçi” dünən axşam klubun bazasındakı meydançada məşq keçib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün səhər isə komanda üzvləri məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında AFFA-nın trenajor zalında fiziki test veriblər. İtalyan məşqçi futbolçuların fiziki göstəricilərindən razı qaldığını bildirib. Komanda “Olimpik-Şüvəlan”la oyunun hazırlığını axşam saatlarında davam etdirəcək. Klubun bazasındakı meydançada keçiriləcək məşq saat 18:00-da başlayacaq. Sabah isə iki məşqin keçirilməsi planlaşdırılır.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord