Qusarda yeni meydança istifadəyə verildi

Qusarda yeni meydança istifadəyə verildi
XƏBƏR 10 Avqust 2009 / 14:05 2161
-  A +

Yeniyetmə və gənclər arasında futbola marağın artırılması, kütləviliyin artırılması məqsədilə AFFA tərəfindən respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar inşa olunur. Belə meydançalardan biri də Qusar rayonunda istifadəyə verilib.Qol.Az-ın mılumatına görə, Şövkət Orduxanov adına stadionun ərazisində inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimində AFFA-nın, Regional Futbol Federasiyaları İctimai Birliyinin, Qusar rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin nümayəndələri iştirak ediblər. Rəsmi açılış mərasimi başa çatdıqdan sonra 11-12 yaşlı uşaqlardan ibarət «Xaçmaz» və «Şahdağ» komandaları arasında oyun keçirilib.

 


 


Son xəbərlər